NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Culfa şəhərində vətəndaş qəbulu keçirilib

...

Qəbulda 17 vətəndaş iştirak edib. Qəbul zamanı müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.

Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə tikintiyə icazə icraatı, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi, qeyri-yaşayış təyinatlı obyektlərin istismara verilməsi, habelə tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğunluğu, torpaq sahələrinin ayrılması, həmçinin mülkiyyət hüququ pozulmuş vətəndaşların suallarına müvafiq qaydada tövsiyə və izahatlar verilib. Eyni zamanda komitənin müəyyən olunmuş fəaliyyət istiqamətlərinə, həmçinin digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan və vətəndaşların araşdırılması tələb olunan müraciətlərinə baxılması üçün həmin vətəndaşlardan müvafiq ərizələrin alınması və qanunvericilikdə müəyyən olunmuş qaydada tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara tapşırıqlar verilmişdir.

 

Nəşr edilib : 11.09.2024 09:52