Yardımlı rayonunda zəlzələ olub
16:58 19.04.2025
0
0
0
Aprel ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən ağacəkmə aksiyası keçirilib.
“Konstitusiya və Suverenlik İli” və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə həyata keçirilən aksiya çərçivəsində Pürcuvar Dövlət Meşəsi ərazisində 1 hektar əraziyə 400 ədəd kızılçam, 300 ədəd aylant fidanları əkilib, onlara ilkin aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasına töhfə verməkdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti
Digər xəbərlər