NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb

...

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 21 aprel tarixində keçiriləcək yeddinci iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının  statusu  haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (üçüncü oxunuş);
2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş).

Nəşr edilib : 20.04.2026 12:54