NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər ilə əlaqədar səsvermənin gedişinə dair ilk rəsmi məlumat

...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə seçici fəallığının  saat 10:00-a olan nəticələrinə görə   muxtar respublika üzrə 31157 nəfər səs verib, seçici fəallığı 10,81 faiz olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclis seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, səsvermənin gedişi və nəticələri barədə saat 12:00, saat 15:00, saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Muxtar respublika üzrə seçicilərin ümumi sayı 288 356 nəfərdir.

Nəşr edilib : 01.09.2024 11:23