NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təltif olunan nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olunub

...

İyulun 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təltif olunan nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən nazirlik Aparatının baş məsləhətçiləri Babayev Mahir Məzahim oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, Məmmədov Novruz Namidər oğlu “Rəşadətli əməyə görə”, Babək Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Eyvazov Rasim Qoşnəli oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Nəşr edilib : 25.07.2025 18:52