DİN Ordubadda səyyar xidmət göstərəcək
08:39 16.02.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 59 nəfər üçün Ağbulaq İstirahət Mərkəzində ikigünlük qış istirahət proqramı təşkil olunub. İstirahət müddətində iştirakçılara gündə üç dəfə müxtəlif və dadlı yeməklər təqdim edilib.
Mərkəzdə təşkil olunan canlı musiqi proqramı, intellektual bilik yarışı, cizgi film personajlarının iştirakı ilə keçirilən əyləncəli oyunlar ittifaq üzvlərinin asudə vaxtını daha maraqlı və yaddaqalan edib. Bununla yanaşı, iştirakçılar xizək meydançası, kanat xətti və digər əyləncəli aktivliklərdən yararlanaraq qış istirahətlərini yüksək əhvali-ruhiyyə ilə keçiriblər.
Qeyd edək ki, layihə çərçivəsində Şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə Ağbulaq İstirahət Mərkəzində yaradılan bütün şəraitlərdən və xidmətlərdən geniş şəkildə faydalanıblar.
Digər xəbərlər