Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzu...
23:06 11.08.2026
0
0
0
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, kompleksin ümumi sahəsi 1 hektardan çox olacaq. Ərazidə yeddimərtəbəli mehmanxana binası ilə yanaşı, texniki binalar və köməkçi sahələr də yaradılacaq. Mehmanxanada eyni vaxtda 307 qonaq qala biləcək. Burada 131 otaq, o cümlədən fiziki məhdudiyyətli şəxslər üçün otaqlar nəzərdə tutulub. Mehmanxana binasında müxtəlif ictimai-iaşə obyektləri, kafe, restoran, tədbir və ziyafət zalı yaradılacaq. Bu zal ziyafət zamanı 350, konfrans vaxtı isə 500 yerlik olacaq. Burada, həmçinin görüş, iclas və iş otaqları, idman zalı da yaradılacaq. Eyni zamanda yeraltı avtodayanacağın inşası da nəzərdə tutulur.
Digər xəbərlər