NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

“Naxçıvan könüllülərinin könüllülük fəaliyyətində yeni mərhələ” adlı regional forum layihəsi keçirilib

...

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda, İngilis dili müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Bəhriyyə Hüseynlinin qalib olduğu “Naxçıvan könüllülərinin könüllülük fəaliyyətində yeni mərhələ” adlı regional  forum layihəsinin açılış tədbiri keçirilib. İlk öncə Ulu Öndərimizin və bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Layihə rəhbəri, fəal gəncimiz olan Bəhriyyə Hüseynli iştirakçılar ilə öz təəssüratlarını bölüşüb, onlara layihə haqqında məlumat verib. 
Təşkil edilən bu regional forum regionun bütün istiqamətlər üzrə könüllü gənclərini ilk dəfə olaraq bir araya toplayacaq. Forumda müasir dövrdə gənclərin müxtəlif sahələrdə könüllü fəaliyyətləri, ölkəmizdə gənclər və könüllülük siyasəti, gələcək karyeralarında könüllülüyün faydaları ilə bağlı gedən yeni proseslər müzakirə ediləcək, bu sahədə görülən işlərin genişləndirilməsinə dəstək və gənclərimizin sosial və təhsil həyatlarında könüllü olaraq aktiv olmaqlarını təmin etmək məqsədilə təkliflər səslənəcək. Forum iştirakçılarının ümumi rəyi əsasında gələcək fəaliyyətlər üçün təkliflər paketi hazırlanacaqdır. Layihənin məqsədi isə regionun könüllü gənclərinin ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi, şəbəkələşmə prosesini sürətləndirərək birlikdə daha böyük könüllü layihələrin icrası üçün şərait formalaşdırmaq, universallıq, inteqrasiyalı yanaşma, heç kimin geridə qalmaması məqsədilə fəal gənclərin fəaliyyətə uyğun könüllülüyə cəlb edilməsi gənclərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində gənclərin layiqli məşğulluğudur.
Daha sonra tədbir panel müzakirələr ilə davam edib. "Gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir" adlı I Panel müzakirədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini  Məcid Seyidov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov iştirak edib. 
"KÖNÜLLÜLÜK MÜASİR DÖVRÜN ÇAĞIRIŞIDIR" adlı 2 ci panel müzakirədə Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının aparıcı mütəxəssisi Çingiz Ağayev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin baş məsləhətçisi Valeh Mahmudov, Naxçıvan Baş Gömrük İdarəsinin Metodoloji Təminat Şöbəsinin İnspektoru, könüllülər üzrə məsul şəxs Fatmaxanım Əhmədova çıxış edib. Onlar öz çıxışlarında bildiriblər ki, "Ali və orta ixtisas təhsili müəssisələrinin könüllülük prinsipi" adlı 3-cü panel müzakirədə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə-Gənclər Təşkilatlarının sədrləri və təmsilçilər çıxış edib mövzu ilə bağlı fikirlərini bildirib, qeyd ediblər ki,.
Sonda gənclər təkliflər paketi hazırlayaraq öz kreativ ideyalarını bildiriblər.

Nəşr edilib : 11.09.2024 23:01