Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin ...
23:44 19.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb. Fərmanla Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılır. Müəyyən edilir ki, Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.
Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb.
Maraqlıdır, Naxçıvanda sənaye parkının yaradılması muxtar respublikanın sosial-iqtisadi həyatına necə təsir edəcək? Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlı bildirib ki, Naxçıvanda Sənaye Parkının yaradılması bütövlükdə muxtar respublikada sənayenin inkişafı baxımından böyük addımdır.
Onun sözlərinə görə, Sənaye Parkı həm sənaye məhsullarının istehsalını təşviq edir, həm də sahibkarlar üçün sərmayə qoyuluşu baxımından yeni imkanlar yaradır: “Sənaye Parkı həm də dövlət tərəfindən güzəştlərin təqdim edilməsinə imkan yaradır. Bu, sahibkarlar üçün investisiya qoyuluşları və dövlət tərəfindən güzəştlərin əldə edilməsi baxımından unikal bir imkandır, əla fürsətdir. Eyni zamanda, Sənaye Parkı bütövlükdə Naxçıvan iqtisadiyyatının strukturunun yenilənməsi və sənayenin dəstəklənməsi baxımından yeni mərhələdir. Nəzərə asaq ki, Naxçıvan Muxtar Respublikası həmçinin Zəngəzur dəhlizinin inkişafı və gələcəkdə açılması baxımından vacib ərazilərimizdəndir. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra həm Naxçıvanda istehsal olunan sənaye məhsullarının Azərbaycanın digər bölgələrinə göndərilməsi imkanları yaranacaq, həm də praktik olaraq Naxçıvan Muxtar Respublikasının istehsalı olan məhsulların dünya bazarına çıxışı imkanları artacaq. Məsələyə bu kontekstə yanaşsaq, strateji baxımdan da Sənaye Parkının yaradılmasının üstünlükləri var. Nəticə etibarilə bu, bütövlükdə bölgənin inkişafına xüsusi töhfə verə bilər”.
Nailə QASIMOVA
Medianews.az
Digər xəbərlər