Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəf...
10:51 15.07.2025
0
0
0
NAXÇIVAN :
15 Iyul 2025, Çərşənbə axşamı
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Naxçıvan Muxtar Respublikasında "Naxçıvan gənclərinin sağlamlığı naminə "Narkotikə yox" təşəbbüsü" layihəsinin ikinci təlimi Şərur rayonunda baş tutub.
Şərur Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamal İsmayılov qonaqları salamlayaraq layihənin məqsədi barədə məlumat verib.
Layihə rəhbəri, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev gəncləri salamlayaraq Şərurda keçirilən layihənin aktuallığı barədə danışıb. Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra təlimə start verilib.
İlk olaraq təlim iştirakçılarına pre-testlər paylanılıb, sorğunun mahiyyəti barədə danışılıb. Sonra söz təlimçi, psixoloq Çapay Quliyevə verilib. Təlimçi narkotiklərin fərdi və ictimai təsirləri, asılılıq anlayışı və mərhələləri, gənclər arasında narkotik riskləri, sosial və psixoloji dəstək yolları mövzularında ətraflı çıxış edib. O, zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə gəncləri məlumatlandırıb.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara post-testlər paylanılıb, onlar tərəfindən sorğu cavablandırılıb.
Yekunda hərbi jurnalist Səxavət Məmmədin yeni çapdan çıxan “Savaş və Duman” kitabı, o cümlədən tarixçi alim Zaur Əliyevin "Zəngəzur dəhlizi" kitabı təlim zamanı fərqlənən iştirakçılara hədiyyə edilib.
Qeyd edək ki, ilk təlim Naxçıvan şəhərində baş tutub. Digər təlimlərin Babək, Culfa və Ordubad rayonlarında keçirilməsi nəzərdə tutulub.
Digər xəbərlər