NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Dövlət Universitetinin Enactus komandası milli Enactus yarışına hazırlaşır

...

Naxçıvan Dövlət Universitetinin Enactus komandası milli çempionata hazırlıqlarını yekunlaşdırır. “Şərq qapısı” qəzetinin çəkiliş komandası da Enactus qrupunun fəaliyyətini izləmək məqsədilə universitetin ərazisində yerləşən İnnovasiya Mərkəzinə səfər edərək gənclərin layihə üzərində iş prosesi ilə tanış olub.

Komanda üzvləri müxtəlif sosial və innovativ layihələr üzərində çalışaraq müsabiqədə uğur qazanmağa iddialıdırlar.

Layihələrin hazırlanma mərhələsində komanda məqsədyönlü və sistemli şəkildə fəaliyyət göstərir.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Enactus komandasına yaxından dəstək göstərir. Komanda ilə agentlik arasında sıx tərəfdaşlıq mövcuddur və iştirakçılar bütün mərhələlərdə zəruri dəstəklə təmin olunur.

Avqust ayında paytaxt Bakı şəhərində keçiriləcək milli Enactus  çempionatında iştirak edəcək olan universitet  komandası yer tutduğu təqdirdə Taylandda keçiriləcək qlobal Enactus çempionatına iştirak vəsiqəsi qazanacaq.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 28.07.2025 12:02