Kükü dağının zirvəsi qarla örtülüb
11:49 04.10.2026
0
0
0
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
"Şərq qapısı" xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində tatamiyə çıxacaq.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova otuzikidəbir final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə onaltıdabir finaldan başlayacaq və Çili cüdoçusu Mari Di Varqas Ley ilə üz-üzə gələcək.
Kişilərin yarışında 60 kiloqram çəki dərəcəsində Balabəy Ağayev onaltıdabir finalda Artsyom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) görüşünün qalibi ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində Əhməd Yusifovun rəqibi isə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi olacaq.
Təsnifat mərhələsinin görüşləri saat 11:30-da, final bloku isə 18:00-da başlayacaq.
Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında Azərbaycan 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi və 7 qadın) ilə təmsil olunur.
Digər xəbərlər