Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Humboldt mükafatını qazanan ilk azərbaycanlı alim Məsud Əfəndiyev şagirdlərlə görüş keçirib. Tədbirdə universitetin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının 19 orta məktəbinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə professor Məsud Əfəndiyevi şagirdlərə təqdim edib və görüşə qatıldığı üçün ona təşəkkürünü bildirib. Prorektor qeyd edib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində xaricdə yaşayan həmvətənlərimizin, xüsusilə alimlərin şagirdlərlə görüşməsi, onların təcrübə və biliklərini paylaşması, gənc nəslə tanıdılması böyük əhəmiyyət daşıyır. Bu cür görüşlər şagirdlərin beynəlxalq elm və innovasiya sahəsində biliklərini artırmaq, elmi əməkdaşlıqları genişləndirmək və beynəlxalq əlaqələri daha da inkişaf etdirmək baxımından önəmlidir.
Görüş zamanı professor şagirdlərə öz elmi və beynəlxalq təcrübələrindən danışaraq onları elmə və təhsilə daha çox maraq göstərməyə çağırıb. O vurğulayıb ki, hər bir şagirdin böyük potensialı var və bu potensialı üzə çıxartmaq üçün səbirli olmaq və daim çalışmaq lazımdır. Professor Almaniyanın Münhen şəhərində Helmholtz Tədqiqat Mərkəzində apardığı işlərdən və müxtəlif beynəlxalq layihələrdə iştirakından bəhs edib. Bu təcrübələrdən çıxış edərək o, şagirdlərin beynəlxalq platformalarda əməkdaşlıq etmələrinin onların bilik və bacarıqlarını artırmaq üçün böyük imkanlar yaratdığını bildirib. Məsud Əfəndiyev şagirdləri hər fürsətdən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirməyə səsləyib.
Tədbirin sonunda professor Məsud Əfəndiyev müəllim və şagirdlərin çoxsaylı suallarını cavablandırıb.
Daha sonra professor Beynəlxalq Məktəbin maddi-texniki bazası ilə tanış olub, Kembric Məktəbinin sinif otaqlarını gəzib və burada yaradılan şərait barədə məlumat alıb, həmçinin şagirdlərlə səmimi söhbət apararaq, xatirə şəkili çəkdirib.
Digər xəbərlər