NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Naxçıvan Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  ilə birlikdə Naxçıvan Dövlət Universitetində  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır”   mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov da iştirak edib.
Tədbirdə Naxçıvan  Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov,  Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov və  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşı Azər Məmmədov mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. 

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Nəşr edilib : 14.10.2024 17:51