NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı 03:51

Naxçıvan Dövlət Universitetində ağacəkmə aksiyası keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin ərazisində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Aksiyada universitetin rektoru Elbrus İsayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Azərbaycan Dövlət İqtisad Universiteti Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədov, azərbaycanlı alim, ixtiraçı, elektronika mühəndisi Xəlil Kələntər və universitetin prorektorları, rektor müşavirləri, bütün fakültələrin dekanları, iştirak ediblər. 
Aksiya çərçivəsində 50 ədəd Xan çinar ağacı əkilib.
Qeyd edək ki, hər bir əkilən ağac üçün xüsusi QR kod yaradılacaq və bu kod vasitəsilə aksiyanın gedişatını əks etdirən videogörüntülərə baxmaq mümkün olacaq.

Nəşr edilib : 08.04.2025 12:00