Yeni həyata uğurlu başlanğıc: Torpaq çərşənbəsi...
23:53 17.03.2025
0
0
1
NAXÇIVAN :
18 Mart 2025, Çərşənbə axşamı
“Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərə dair sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində NDU nəzdində Gimnaziya açılıb, Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Beynəlxalq əməkdaşlıq gücləndirilib. Universitet ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqlar qurulub, birgə proqramların təşkili məqsədilə bir sıra səfərlər həyata keçirilib. Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən Universitetdə IBM Mərkəzi istifadəyə verilib.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlərə həsr olunan brifinqdə deyib.
Rektor qeyd edib ki, Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə Tibb ixtisası üzrə SABAH qrupları yaradılıb. NDU-da Tibb tədrisi üzrə ikinci kampus tikilməsi nəzərdə tutulub. Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında birgə proqramların təşkili, mövcud "ikili diplom" proqramlarının icra edilməsi, müəllim və tələbərin mobilliyi, xaricdən akademik heyətin tədrisə cəlb olunması, NDU-nun akademik və köməkçi heyətinin xarici dil bacarıqlarının inkişaf etdirilməsi, NDU-nun IELTS və SAT imtahan mərkəzlərində qrafik üzrə imtahanların uğurla keçirilməsi, IBM mərkəzinin infrastrukturunun təkmilləşdirilməsi, NDU-da təhsil alan əcnəbi tələbələrin sayının artırılması məqsədilə təşviqat işlərinin davam etdirilməsi planlaşdırılıb.
Digər xəbərlər