NAXÇIVAN :

18 Mart 2025, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universiteti ötən il beynəlxalq reytinqlərdə irəliləyib

...

Ötən il Naxçıvan Dövlət Universiteti əməkdaşlarının elmi göstəricilərində yüksək impakt faktorlu nəşrləri ötən illərlə müqayisədə ciddi artımla izlənilib.  Scopus və Web of Science bazalarında nəşr sayı 63 olub ki, bu da ötən illərlə müqayisədə ciddi artım deməkdir. Scopus və Web of Science məqalələrinin sayı son 5 ildəki nəşrlərin sayından artıq olub. 
 “Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlərə həsr olunan brifinqdə deyib.
Rektor qeyd edib ki, elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil etmək üçün universitetdə “Elmi əsərlər” jurnalı nəşr olunur. Junral 2024-cü ildən etibarən DOİ (Digital object identifier) kodu ilə, bütün elm sahələrini əhatə etməklə ildə 4 nömrədə nəşr olunub və Crossref bazasında indeksləşdirilib, nəşrlərin Google scholar-da görünməsi təmin edilib. 2024-cü ildə “Elmi əsərlər” jurnalında 100 məqalə 137 müəllif tərəfindən yazılmışdır ki, bunlardan 67 məqalə Naxçıvan Dövlət Universiteti əməkdaşlarının məqalələridir. 
“NDU beynəlxalq reytinqlərdə yer alması və irəliləməsində konkret nəticələr var. Belə ki, NDU SDG 2 üzrə dünyanın ən yaxşı 400 universiteti, SDG 4, 7, 10, 15 üzrə ən yaxşı 600 universiteti, SDG 3 üzrə isə ən yaxşı 800 universitei arasında yer alıb”-deyə Elbrus İsayev əlavə edib.

Nəşr edilib : 17.03.2025 20:11