Azərbaycan və Belarus parlamentləri arasında əlaqə...
17:07 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən, Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə NDU-nun rektoru Elbrus İsayev və rektorun müşaviri Rəcəb Cəfərli Macarıstanda səfərdə olublar.
25 oktyabr tarixində Macarıstanın Con fon Neyman Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında kompüter mühəndisliyi (tədrisi ingilis dilində) ixtisası üzrə bakalavr pilləsində ikili diplom müqaviləsi imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, imzalanma mərasimində Macarıstan Respublikası parlamentinin vitse-spikeri, Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri Sandor Lejsak, rektor Tamas Ferenc Fülöp, professor Zoltan Nad və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, rektorun müşaviri Rəcəb Cəfərli və Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə iştirak ediblər. Müqaviləyə əsasən sentyabrdan etibarən kompüter mühəndisliyi (tədrisi ingilis dilində) ixtisası üzrə ikili diplom üçün qəbul aparılacaq. Bu ixtisası seçən tələbələr təhsillərinin bir hissəsini Con fon Neyman Universitetində tamamlayacaq və hər iki ölkənin müvafiq ixtisası üzrə diplom alacaqlar.
Məlumat üçün bildirək ki, Bağçılıq və Regionların İnkişafı, Mühəndislik və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Biznesin Təşkili fakültələrindən ibarət olan Con fon Neyman Universitetinin mühəndislik bölməsi çox inkişaf edib və dünyaca məşhur sənaye şirkətləri ilə sıx əməkdaşlıq münasibətləri qurub. Universitetdə eyni zamanda bilik mərkəzləri fəaliyyət göstərir ki, bunlardan ən nüfuzluları Avrasiya Mərkəzi, Müdafiə Sənayesi Mərkəzi, Animasiya Mərkəzi və Hidrogen Texnologiyaları Mərkəzidir.
Digər xəbərlər