Türkiyədə zəlzələ olub
19:50 13.04.2025
0
0
0
NAXÇIVAN :
14 Aprel 2025, Bazar ertəsi 00:08
"Şərq qapısı" xəbər verir ki, 23 fevral 2025-ci il tarixdə Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi fransız yazıçısı Viktor Hüqonun "Edama məhkumun son günü" tamaşası ilə Türkiyənin Trabzon şəhərində keçirilən "12. Erol Günaydın Teatr Günləri" festivalında uğurla çıxış edib. 19 fevralda start götürən və 25 fevral tarixədək davam edəcək festivalda ilk dəfə olaraq Azərbaycan və Bolqarıstan teatrları da iştirak edir.
Tamaşada əsas rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, gənc aktyorlar Məmməd Mehdiyev və Səkinə Məmmədova canlandırıb. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərovdur. Səhnə əsəri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb və alqışlarla yekunlaşıb.
Tamaşanın sonunda Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyev çıxış edərək teatrın tarixi haqqında ətraflı məlumat verib. O, 1918-ci ildə Kazım Qarabəkir paşanın Naxçıvan teatrında Namiq Kamalın "Vətən, yaxud Slistirə" tamaşasına quruluş verməsini xatırladaraq, bunun Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə töhfə verdiyini vurğulayıb.
Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanovun "Naxçıvan Teatrının Salnaməsi (1883-2008)" adlı kitabı Akçaabat Bələdiyyəsinin mədəniyyət və sosial işlər müdiri Turhan Bektaşoğluna hədiyyə edilib. Bu addım iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirilib.
Festival çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrının növbəti uğurlu çıxışı regionun mədəni irsinin təbliği baxımından mühüm hadisə kimi qiymətləndirilir. Qeyd edək ki, festivalda uğurla nümayiş edilən tamaşa mart ayının 1-i saat 19:00-da yenidən Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Digər xəbərlər