Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticəl...
23:14 02.02.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, 18 oktyabr – Müstəqilliyin Bərpası Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Türkiyə Respublikasının İğdır şəhərində keçirilən konsert proqramı Türkiyənin yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Qardaş ölkə mediası keçirilən tədbirin əhəmiyyətini, Azərbaycan-Türkiyə qardaşlığını, konsertin böyük coşqu ilə izləndiyini diqqətə çatdırıb.
Belə ki haber49.net, yesiligdir.com saytları, İğdır doğuş qəzeti, Güvən və Pusula qəzetləri, həmçinin digər sosial media hesablarında müxtəlif başlıqlar altında xəbərlər yer alıb.
Qeyd edək ki müvafiq tədbir 18 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və İğdır-Azərbaycan Evinin birgə təşkilatçılığı ilə I
İğdır Mədəniyyət Mərkəzində təşkil edilib.
Digər xəbərlər