NDU-nun rektoru və nümayəndə heyəti Türkiyənin Qaz...
20:45 30.04.2025
0
0
0
Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konsert proqramı ilə Culfa Rayon Mədəniyyət Sarayında çıxış edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Prezident mükafatçısı Elvin Əliyarovun dirijorluğu ilə keçirilən konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri – Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev, Prezident mükafatçısı İlkin Abdullayev, Əfsanə Babayeva, Emin Hüseynov, Elmar Qasımov ifalarında “Bayraq marşı”, “Dahi”, “Ana”, “Durnalar”, “Reyhan”, “Daha məndə dözüm yox”, “Sway”, “Kəpənək” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər