Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Mək...
23:32 01.05.2026
0
0
0
Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivi 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib
Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Hakim Məmmədovun rəhbərliyi ilə təqdim olunub.
Xalq Çalğı Alətləri orkestrinin müşaiyəti ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynova, Zülfiqar Mahmudov, Prezident mükafatçıları İlkin Abdullayev, Nərmin Hüseynovla yanaşı, Bəhruz Quliyev, Emin Hüseynovun ifalarında “Adın şöhrət şan yerimiz”, “Ana torpaq”, “Qarabağ”, “Azərbaycan”, “Nə gözəldir Azərbaycan”, “Xarıbülbül” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər