Qəhrəmancasına döyüşüb şəhid oldu
20:05 24.11.2024
0
0
1
"Şərq qapısı" xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci 3 dekabr tarixdə imzaladığı Sərəncamla 8 noyabr tarixi Azərbaycan Respublikasında "Zəfər Günü" kimi təsis edilmişdir.
Bu münasibətlə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlayıb.
Virtual sərgidə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “İlham Əliyev. İnkişaf- məqsədimizdir” çoxcildliyinin “Qələbə kitabı”, “Şuşa. Pənahabad”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Vətən üçün böyütdüm, ay oğul, səni”, “Dəmir yumruq”, “Ruhumun Vətəni”, “Qəlbdəki və qələmdəki Qarabağ”, “Ordu xalqın, xalq ordunun dayağı”, “Qarabağ dastanı: Otuz ilin həsrəti-44 günün zəfəri”, “Vətən simurqları”, “Qarabağ müharibəsi: zərif talelər” kimi Zəfər Gününə və Vətən müharibəsi şəhidlərinə həsr olunan kitablar, mövzu ilə əlaqədar dövri mətbuatda dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Sərgi ilə hiperlink vasitəsilə tanış ola bilərsiniz:
https://docs.google.com/presentation/d/e/2PACX-1vS9XUOTf6iN8e9vbHuPo1iM-8-xLGYoUhXu0WKwhQaZ5LgTRgz1LvjKR0nHnyCPNSDbARURnXRSghHs/pub?start=true&loop=true&delayms=3000&slide=id.p
Digər xəbərlər