Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dö...
00:10 08.10.2024
0
0
0
Belarusun Jabinka şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışı 7 medalla başa vurub.
Millimizi 63 kq çəki dərəcəsində təmsil edən Naxçıvan boksçusu Haqverdi Həsənov turnirin gümüş medalına sahib çıxıb.
Ölkəmizin digər təmsilçilərindən İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihat Qasımov (50 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.
Digər xəbərlər