Tramp ABŞ-ın süni intellekt sahəsində Çindən çox i...
00:50 20.08.2026
0
0
0
UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyun başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 86-cı dəqiqədə Renaldo Sefas vurublar.
Matçı moldovalı baş hakim Roman Jitari idarə edib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.
Digər xəbərlər