NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvan Baş Gömrük İdarəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə tədbir keçirilib

...

Tərbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla  yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev açaraq bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, bu il Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki suverenliyə aparan yol hər bir xalqın ən böyük arzusu, milli varlığının əsas dayağıdır. Həmçinin bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu həm tarixi keçmişimizə dəyər verməyin, həm də gələcəyə inamla addımlamağın bariz nümunəsidir. 
Qonaq qismində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev və Ali Məclisin deputatı, Ali Məclisin Humanitar siyasət komitəsinin sədr müavini Əziz Qasımov tarixi günün mahiyyətindən danışıblar. Qeyd olunub ki, müstəqillik, suverenlik və ərazi bütövlüyü Azərbaycan xalqının ən ülvi haqqıdır. Bu gün isə Azərbaycan suveren dövlət kimi dünya birliyində öz layiqli yerini tutub, qabaqcıl ölkələrdən birinə çevrilib.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Nəşr edilib : 23.09.2025 15:02