NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvan avtovağzalında poçtun fəaliyyəti bərpa edilib

...

Naxçıvan Şəhər Avtovağzal Kompleksində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin edilməsi məqsədilə poçt bölməsinin fəaliyyəti bərpa olunub.

Layihə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” MMC tərəfindən həyata keçirilib. Bərpa edilmiş poçt bölməsi vasitəsilə avtovağzaldan istifadə edən sərnişinlər və şəhər sakinləri məktub və bağlamaların qəbulu və çatdırılması, kuryer, kommunal və digər ödənişlərin qəbulu kimi xidmətlərdən daha rahat və operativ şəkildə yararlana biləcəklər. Bölmə müasir texniki avadanlıqlarla təchiz olunub və vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi üçün zəruri şərait yaradılıb.

Poçt bölməsinin yenidən fəaliyyətə başlaması Naxçıvan şəhərində nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Bu təşəbbüs həm avtovağzalın funksional imkanlarını genişləndirir, həm də vətəndaşlara gündəlik həyatlarında əlavə rahatlıq yaradır.

 

              Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat

                                                                                       Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 21.10.2025 14:49