FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 ...
10:17 28.09.2026
0
0
0
ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə bağlı bəyanatla çıxış edəcək.
"Şərq qapısı" xəbər verir ki, Tramp, həmçinin “Anthropic” şirkətinin baş direktoru Dario Amodei ilə görüşəcək və onunla şam yeməyində iştirak edəcək.
ABŞ liderinin sözlərinə görə, süni intellektlə bağlı görüş və bəyanat mühüm əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, Amodei süni intellekt texnologiyalarının nəzarətsiz inkişafının mümkün riskləri barədə daha əvvəl xəbərdarlıq edib. Tramp isə süni intellekt texnologiyalarının inkişafının davam etdirilməsini dəstəkləyir.
Digər xəbərlər