Muxtar respublikanın İqtisadiyyat Nazirliyində ist...
15:17 29.04.2025
0
0
0
Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” təşkil ediləcək. 2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə keçirilən bu marafon 21 km-lik məsafəni əhatə edir və idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Ordubad rayonundan olan idmançı Əmrah Nağıyev ənənəvi marafona bu dəfə fəxri iştirakçı kimi dəvət olunub. Bu, idmançının Bakı Marafonunda sayca 6-cı iştirakı olacaq. 2018-ci ildən etibarən sözügedən kütləvi tədbirə qatılan Əmrahın ən yaxşı nəticəsi 7-ci yer olub.
Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalib və mükafatçısı olan Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda keçirilən beynəlxalq marafonlara davamlı şəkildə qatılmaqla təcrübəsini artırır.
Digər xəbərlər