NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Ordubad Rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ordubad  Rayon İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Emin Mehbalıyev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov, Naxçıvan Muxtar Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış edərək bildiriblər ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifə olduğunu, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan  sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli olmadığını, davamlı siyasət olduğunu bildirmişlər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 10.04.2026 15:39