Dövlət Vergi Xidməti maarifləndirici bukletlər haz...
15:34 29.04.2026
0
0
0
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Yanvarın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Digər xəbərlər