Qadınlarla bağlı növbəti maarifləndirici tədbir ke...
22:06 21.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
Naxçıvan dünyada ən qədim insan məskənlərindən biri hesab olunur. Bu diyar qədim tikililər, müxtəlif əsrlərə aid tarixi abidələr, mədəni irs nümunələri ilə zəngindir. Naxçıvan haqqında çox sayda rəvayətlər və əfsanələr mövcuddur. Naxçıvan Azərbaycan xalqına və dünyaya dahi insanlar, mütəfəkkirlər, sərkərdələr bəxş etmişdir. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz dünya lideridir. O, həyatı boyunca doğma Vətəninə, xalqına sadiqlik nümunəsi göstərib, ölkəmizin tərəqqisi, yüksəlişi üçün əlindən gələni edib. Dahi lider Naxçıvanın davamlı inkişafını hər zaman diqqətdə saxlayıb, onun gələcəyi ilə bağlı ən vacib qərarların qəbul edilməsinə nail olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muxtar respublikanın inkişafı, burada həyata keçirilən kompleks tədbirlərlə bağlı fikirlərini bölüşərkən demişdir: “Naxçıvan hərtərəfli inkişaf edir və bu gün ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olmuşdur. Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda bildirilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlərboyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
Muxtar Respublikada fəaliyyət göstərən alim və mütəxəssislər qədim diyarın tarixi, ədəbi-mədəni mühiti, memarlıq nümunələri, iqtisadiyyatı, təbii ehtiyatları və sair ilə bağlı əsaslı tədqiqatlar aparır, mühüm elmi nəticələr əldə edirlər.
Bu gün Naxçıvan tarixinin ən qızıl dövrünü yaşamaqdadır. Muxtar respublika bütün sahələrdə yüksək inkişafa nail olub, burada ərzaq və enerji, eləcə də müdafiə təhlükəsizliyi təmin olunub. Azərbaycan xalqının çoxəsrlik nailiyyətlərini, mədəni irsini özündə yaşadan Naxçıvanda milli və dini dəyərlərə hörmətlə yanaşılır, elm və təhsil inkişaf etdirilir, adət-ənənələr qorunub saxlanılır, qədim yaşayış yerləri, tarixi-memarlıq nümunələri bərpa olunur.
İnanırıq ki, 101 yaşı muxtar respublikamız bundan sonra daha da çiçəklənəcək, dövlətimizin inkişafı, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həyata keçirilməsi yolunda öz töhfələrini verməkdə davam edəcək. Eyni zamanda Naxçıvanda fəaliyyət göstərən ziyalılar, elm adamları mühüm elmi nailiyyətləri, qlobal çağırışlara cavab verən tədqiqatları ilə Azərbaycan elminin inkişafında əhəmiyyətli rol oynayacaqlar.
Bəhruz MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər