Yeni həyata uğurlu başlanğıc: Torpaq çərşənbəsi...
23:53 17.03.2025
0
0
1
"Muxtar respublika ərazisində 826,9 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri görülüb, 311 min 90 ədəd ting əkin dövriyyəsinə daxil edilib. Nazirlik tərəfindən isə 432 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri həyata keçirilib, 94 590 ədəd ting əkilib. Meşə fondu ərazilərində 24,3 hektar sahədə damcılı suvarma sistemi qurulub, sıradan çıxmış su boruları yeniləri ilə əvəz olunub".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Quşçuluq, Xətai və Qoşadizə tinglik sahələrində 11950 ədəd kızılçam və müxtəlif növ meyvə, meşə dibçəkləri yaşıllıq sahələrində bərpa aparılması üçün təşkilatlara verilib. Batabat yaylasında “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib, 110 ədəd dibçəkdə palıd, akasiya və həmişəyaşıl tingləri əkilib. Batabat gölünün ətrafında 2,0 ha sahədə 1800 ting əkilib, xaşa toxumu səpilib, 12 tonluq su çəni əraziyə yerləşdirilmiş və 1,0 ha sahədə damcılı suvarma sistemi quraşdırılıb.
Digər xəbərlər