Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
2025-ci ilin ilk 6 ayında Naxçıvanda, ümumilikdə, 116 qida zəhərlənməsi hadisəsi baş verib.
Bu barədə "Şərq qapısı"nın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrindən, ümumilikdə, 172 nəfər zərərçəkən olub: “Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.
NQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.
Digər xəbərlər