NAXÇIVAN :

04 Sentyabr 2026, Cümə

Muxtar respublika ərazisində hava şəraitinin dəyişkən olacağı gözlənilir

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən sentyabrın 5-dən 8-dək muxtar respublika ərazisində hava şəraitinin dəyişkən olacağı gözlənilir.
Əsasən dağlıq ərazilərdən başlayaraq sentyabrın 5-dən 7-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı ərazilərdə şimşək çaxacağı ehtimal olunur.
Şərq küləyinin əsəcəyi, küləyin sürətinin 5-10 m/san təşkil edəcəyi, sentyabrın 7-də isə bəzi yerlərdə küləyin arabir 20-25 m/san-dək güclənəcəyi gözlənilir.
Qeyd olunan hava şəraiti ilə əlaqədar vətəndaşlara diqqətli olmaları, xüsusilə güclü külək zamanı açıq ərazilərdə, ağac və konstruksiyaların yaxınlığında ehtiyatlı davranmaları tövsiyə olunur.

Nəşr edilib : 04.09.2026 20:27