NAXÇIVAN :

04 Sentyabr 2026, Cümə

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

...

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılır.

Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nəşr edilib : 04.09.2026 17:55