NAXÇIVAN :

04 Sentyabr 2026, Cümə

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

...

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib.
"Şərq qapısı" xəbər verir ki, İtaliya hökumətinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Hörmətli Prezident İlham Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə Sizə təşəkkür edirəm.
İllər ərzində İtaliya və Azərbaycan ortaq baxış və qarşılıqlı maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar.
Strateji tərəfdaşlığımızı daha da gücləndirmək istiqamətində birgə gördüyümüz işlərdən böyük qürur duyuram. Əminəm ki, qarşıdakı dövrdə xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üçün yeni mühüm və imkanlar yaranacaq”.

Nəşr edilib : 04.09.2026 20:30