İran İslam Respublikasının Prezidenti Zati-aliləri...
17:07 27.04.2025
0
0
0
COP29-un prezidenti Muxtar Babayev COP30-un prezidenti Andre Korrea du Laqu ilə görüş keçirib və "Bakıdan Belenə" yol xəritəsini müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"COP29-un prezidenti Muxtar Babayev COP30-un təyin olunmuş prezidenti Andre Korrea du Laqu ilə ikitərəfli görüş keçirib. Görüş zamanı onlar bu il üçün əməkdaşlığın mühüm istiqamətlərini, o cümlədən 2035-ci ilə qədər iqlim maliyyəsinin illik 1,3 trilyon dollara çatdırılması üçün Bakıdan Belenə qədər olan Yol Xəritəsi müzakirə ediblər. COP29-un prezidenti Azərbaycanın Belendə COP30-un uğurla keçirilməsinin təmin edilməsində Braziliyaya tam dəstəyini təsdiqləyib", - məlumatda qeyd olunub.
Digər xəbərlər