Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi ra...
12:36 25.09.2026
0
0
0
NAXÇIVAN :
25 Sentyabr 2026, Cümə
Sosial müdafiə sistemində sığorta prinsipinin daha da gücləndirilməsi, pensiyaların və sığorta kapitalının indeksasiya mexanizminin təkmilləşdirilməsi, dayanıqlı sosial təminatın yaradılması üçün sosial sığorta ehtiyatının artırılması məqsədilə yeni təkliflər irəli sürülür. Hazırda müzakirəyə çıxardığımız qanun layihələri məhz bu məqsədlə hazırlanıb.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
O pensiya islahatlarının növbəti mərhələsində nəzərdə tutulan dəyişikliklərin mahiyyətinin əsas istiqamətlərindən bəhs edərək deyib: “Birinci istiqamət dövlət qulluqçularının pensiya sisteminin təkmilləşdirilməsidir. Təklif olunan dəyişikliklərə görə aşağıdakı yeniliklər pensiya qanunvericiliyində tətbiq olunacaqdır və nəticədə xüsusi şərtlərlə pensiya alan bir sıra şəxslərin pensiya təyinatı mexanizmlərinə dəyişiklik edilərək bu şəxslərə təyin olunacaq pensiya ilə onların əməkhaqqı arasındakı əlaqə aradan qaldırılır, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habələ sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyinatı mexanizmi müəyyən edilir. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən umumı əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək, pensiya məbləği ilə yanaşı, indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyalarına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək”.
Komitə sədri qeyd edib ki, dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, ombudsman, Hesablama Palatasının üzvlərinə və diplomatik xidmət əməkdaşlarına konkret vəzifələr üzrə müəyyən ediləcək. Bu şəxslərlə bağlı pensiya təyinatı sistemi əhəmiyyətli dərəcədə sadələşir, onların pensiyalarının elektron qaydada, hər hansı ünvana getmədən, qısa vaxtda təyin olunmasına imkan yaranır.
Digər xəbərlər