Hava bəzi yerlərdə yağıntılı olub
09:34 17.01.2025
0
0
0
"Qəhrəmanlar unudulmur" layihəsi çərçivəsində dekabrın 15 də Naxçıvan Dövlət Universitetinin nəzdində Texniki Kollecdə tədbir keçirilib. İlk növbədə, Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə Texniki Kollecin direktoru Asəf Ruşanov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, ikinci Vətən müharibəsi əlili Arif Niftəliyev çıxış edərək Ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində torpaqlarımızın düşmən işğalından azad edilməsindən, ordumuzun şücaət və qəhrəmanlığından danışıblar. Dövlətimizin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Tələbələrin ifasında səsləndirilən şeirlər, mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Sonda müharibə əlilləri ilə xatirə şəkli çəkdirilib.
Digər xəbərlər