NAXÇIVAN :

03 May 2026, Bazar

Monteneqro Baş nazirinin müavini: Azərbaycanla Ermənistan arasında Sülh sazişi davamlı regional sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfədir

...

Monteneqro Azərbaycan ilə Ermənistan arasında Sülh sazişinin paraflanmasını alqışlayır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Monteneqro Baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviç X sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Monteneqro ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını alqışlayır. Bu, sülhün, eləcə də davamlı regional sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfədir. Azərbaycan, ABŞ və Ermənistan liderlərini təbrik edirik”, - deyə Baş nazirin müavini vurğulayıb.

Nəşr edilib : 09.08.2025 20:00