Pakistanda yol qəzasında 11 nəfər ölüb, 33 nəfər y...
00:15 06.11.2026
0
0
0
Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin (İH) yeni tərkibdə ilk iclası keçirilib.
Şuradan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan sədr Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda Mətbuat Şurasının İdarə Heyətinin sədr müavinlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra İH üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər.
Qurumun Nizamnaməsinə görə, sədr müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.
İclasda MŞ-nin digər komissiyalarının sədrləri də müəyyənləşdirilib və qərara alınıb ki, onlar Şuranın növbəti iclasınadək rəhbəri olduqları qurumların fəaliyyət proqramları və tərkibləri ilə bağlı təklifləri Şuranın Katibliyinə təqdim etsinlər.
Toplantıda o da bildirilib ki, komissiyaların intensivliyini artırmaq üçün onların işinə İH üzvləri ilə yanaşı, müvafiq sahə ekspertlərinin və mütəxəssislərin də cəlb edilmələri ümumi işə fayda verəcək.
İH-nin iclasında Şura sədri V.Zifəroğlunun təqdimatı əsasında MŞ-nin icraçı katibi də təsdiqlənib. Bu vəzifəyə Əvəz Rüstəmovun namizədliyi məqbul qiymətləndirilib.
İdarə Heyətinin üzvü Əminə Yusifqızı isə Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.
Digər xəbərlər