Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin...
18:41 07.04.2025
0
0
0
Görkəmli yazıçı, dramaturq, naşir Cəlil Məmmədquluzadənin ev- muzeyində Azərbaycanda XX əsrin ən böyük mətbuat hadisəsi olan "Molla Nəsrəddin" jurnalının 119 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Ələkbərova bildirib ki, şərqdə ilk satirik jurnal olan "Molla Nəsrəddin" jurnalı 25 ilə yaxın ömür sürərək bir əsrlik keşməkeşli tarixi yol keçirib. Bu jurnal Azərbaycan ədəbiyyatının, mətbuatının, ictimai fikrinin ən yaxşı ənənələrini davam etdirərək milli zülmə, cəhalət və nadanlığa qarşı ən kəsərli mübarizə silahına çevrilmiş, XX əsr Azərbaycan ictimai həyatının ədəbi-bədii salnaməsi, ensiklopediyası kimi milli mənəvi xəzinəmizin qiymətli incilərindən olub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İman Cəfərli "Azərbaycan ədəbiyyatı və jurnalistikasında "Molla Nəsrəddin" mərhələsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti Xumar Məmmədova "Molla Nəsrəddin" jurnalı və dünya ədəbiyyatı", filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Nəzakət İsmayılova "Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı" mövzularında çıxış ediblər. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Jurnalistika kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva da iştirak edib. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Məmməd Mehdiyev "Ölülər" tamaşasından İsgəndərin monoloqunu ifa edib.
Tədbirin sonunda isə "Molla Nəsrəddin 119" başlıqlı sərgiyə baxış olub. Sərgi haqqında muzeyin baş fond mühafizi-elmi işçisi Murad Nəcəfzadə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Digər xəbərlər