NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

“Molla Nəsrəddin” jurnalı və Naxçıvan” kitabının I cildi nəşr olunub

...

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Molla Nəsrəddin” jurnalı və Naxçıvan (1906-1917)” ikicildliyinin I cildi işıq üzü görüb.

"Şərq qapısı" xəbər verir ki, İnstitutdan bildirilib ki, kitabın baş elmi məsləhətçisi və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir. Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin” (1906-1931) vaxtilə bütün bölgələrimizlə yanaşı, Naxçıvanda da mövcud olmuş dini mövhumat və xurafat elementlərinin, təhsilə biganə münasibətin və s. tənqidinə xüsusi yer ayırırdı. Jurnal satirik üslubla bu cür cəhalət və gerilik hallarını, bir sıra sosial bəlaları ictimai diqqətə çatdırır, insanların öz nöqsanlarını dərk etməsi, maariflənməsi üçün çalışırdı.

Kitabın I cildinə “Molla Nəsrəddin” jurnalının 1906-1917-ci illərdə işıq üzü görən nömrələrinin Naxçıvanla bağlı materialları və karikaturaları daxil edilib.

Nəşr edilib : 03.04.2025 15:57