NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Misir Prezidenti: Təyyarə qəzasında həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyirəm

...

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə məlumat Misir Prezidentinin rəsmi saytında yerləşdirilib.

Məktubda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verilib.

Misir Prezidenti həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyib. Bu ağır gündə Azərbaycanın yanında olduqları ifadə edilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Nəşr edilib : 26.12.2024 15:15