COP29-un bağlanış plenar iclası keçirilir
20:33 23.11.2024
0
0
0
Oktyabrın 28-30-u tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə fondun Naxçıvan filialında, Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə “Milli və mənəvi dəyərlər forumu” adlı layihə həyata keçirilib.
“İdeyanı Reallaşdır 2023” fərdi qrant müsabiqəsinin qalibi olan bu layihənin məqsədi, milli mədəniyyətin, ənənələrin və tarixi irsin gənc nəsillərə tanıdılması və təbliğ edilməsidir.
"Şərq qapısı" məlumat verir ki, forumda akademiklər, mədəniyyət xadimləri, təhsil işçiləri və digər sahələrdən gələn mütəxəssislər yerli və milli dəyərlərin əhəmiyyəti haqqında fikir mübadiləsi aparıb. Tədbir çərçivəsində bilik yarışı təşkil edilib, qədim sənət nümunələri ilə məşğul olan sənətkarlarla görüşlər keçirilib və milli yeməklərdən ibarət kulinariya sərgisi nümayiş olunub.
Layihədə qeydiyyatdan keçən ilk 50 nəfər iştirak hüququ qazanıb və sonda aktivlik göstərən iştirakçılara sertifikatlar təqdim edilib.
Digər xəbərlər