NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

...

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın anım günüdür.

"Şərq qapısı" xəbər verir ki, Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub.

2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq “Hər şey yaxşı olacaq!” kəlmələri ilə yaddaşlarda iz qoyub.

Milli Qəhrəman 29 dekabr 2024-cü ildə II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Nəşr edilib : 08.08.2025 12:43