NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası başlayıb

...

Milli Məclisin (MM) yaz sessiyasında ilk plenar iclası başlayıb.

"Şərq qapısı" xəbər verir ki, sessiyanı parlamentin sədri Sahibə Qafarova açıq elan edib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Spiker yaz sessiyasının başlaması münasibətilə deputatlara təbriklərini çatdırıb, onlara səmərəli fəaliyyət arzulayıb.

Qeyd edək ki, MM-in bugünkü plenar iclasının gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib. İclasda qanunverici orqanın yaz sessiyasının qanunvericilik işləri planı, Hesablayıcı və İntizam komissiyalarının tərkibinin yenidən formalaşdırılması, həmçinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında Milli Məclisin qərarı və digər qanun layihələrinə təklif olunan dəyişikliklər müzakirə olunacaq.

Nəşr edilib : 03.02.2025 11:04