Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
Tacikistanda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, görüşdə Tənzilə Narbayeva qarşıdakı dövrdə iki ölkənin qanunverici orqanları arasında yüksək səviyyəli əməkdaşlığın və sıx təmasların davam etdiriləcəyinə əminliyini bildirib.
Dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, xalqlarımız arasında oxşar dini və mənəvi dəyərlər, dil birliyi əlaqələrimizin daha da genişlənməsinə böyük töhfələr verir.
Sahibə Qafarova Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb. Tərəflər ölkələrimiz arasında bir çox sahələri əhatə edən geniş əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıblar.
Söhbət zamanı dost ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafının qanunvericilik orqanları arasında da əlaqələrin daha da genişlənməsini şərtləndirdiyi diqqətə çatdırılıb. Parlament sədrləri son illərdə həm Azərbaycanda, həm də Özbəkistanda keçirilən ikitərəfli görüşlərini məmnunluqla xatırlayaraq, qarşılıqlı təmasların, səfərlərin əlaqələrimizə verdiyi mühüm töhfələri vurğulayıblar. Parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində cari ildə imzalanan Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planının ("Yol Xəritəsi") əhəmiyyəti xüsusilə qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər