NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

...

Milli Məclisin aprelin 21-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

"Şərq qapısı" xəbər verir ki, gündəliyə 8 məsələ daxil edilib.

1. Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı.

2. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

3. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

5. “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi.

6. Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

7. Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

8. Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

Nəşr edilib : 17.04.2026 16:39